Xəbərlər
9 mart 2018
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Marionet Teatrında “Leyli və Məcnun” muğam operasının marionet tamaşası nümayiş olundu. Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılandı.
https://azertag.az/xeber/Uzeyir_Hacibeylinin_Leyli_ve_Mecnun_mugam_operasinin_marionet_tamasasi_numayis_etdirilib-1143495 https://525.az/site/?name=xeber&duzelis=0&news_id=95947#gsc.tab=0

1 fevral 2018
Gənclər Günü ilə bağlı tədbirlər çərçivəsində Təhsil Nazirliyi ucqar rayonlarda çalışan gənc müəllimlərlə görüş təşkil etdi. Tədbir Bakı Marionet teatrında keçirildi. “Leyli və Məcnun” tamaşasını seyr etdikdən sonra qonaqlar teatrın aynabənd mərtəbəsində toplaşdılar. Burada furşet keçirildi, gənc müəllimlərə Təhsil Nazirliyinin hədiyyə və fəxri fərmanları təqdim olundu.
https://news.day.az/society/973665.html

12 yanvar 2018
“Avropa Tolerantlıq Festivalı” mövzusunda elan edilmiş müsabiqənin qalibləri mükafatlandırıldı. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi bu tədbirini Bakı Marionet teatrının aynabənd mərtəbəsində keçirmişdi.

4 oktyabr 2017
“İçərişəhər” İdarəsinin təşkilatçılığı ilə ilk dəfə ICMAH-ın (Arxeologiya və Tarix Kolleksiyalarının və Muzeylərinin Beynəlxalq Komitəsi) illik konfransı Azərbaycanda keçirilmişdir. Dünyanın 15 ölkəsini təmsil edən konfrans iştirakçıları oktyabrın 4-də Bakı Marionet teatrına gəlmişdilər. Qonaqlar “Leyli və Məcnun” tamaşasına baxıb, tamaşadan sonra isə teatrın mənzərəli aynabəndində bu münasibətlə qurulmuş ziyafətdə iştirak etdilər.
https://www.facebook.com/azerbmim/photos/pcb.1900539793296188/1900539709962863/?type=3&theater http://medeniyyet.az/page/news/40936/Muzeyler-kolleksiyalar-ve-senaye-irsi.html

20 aprel 2017
Aprelin 20-də Azərbaycan Dövlət İncəsənət Universitetinin bir qrup müəllim və teatrşünaslıq üzrə təhsil alan tələbələri Bakı Marionet Teatrını ziyarət etdilər. Qonaqlar "Leyli və Məcnun" tamaşasını seyr etdikdən sonra, müzakirə və fikir mübadiləsi keçirdilər. Tədbirə qatılan gənc amerikalı kuklaçılar isə öz peşə təcrübələri haqqında tədbir iştirakçılarına danışaraq, maraqlı məruzə ilə çıxış etdilər.
http://pillsburyhouseandtheatre.org/nick-lehane-nov-16-2013/ https://www.youtube.com/watch?v=3_x0OM-jMUM

