Xəbərlər

3 oktyabr 2019

Azərbaycanın Xorvatiyadakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xorvatiya Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Marionet Teatrı Xorvatiyanın paytaxtı Zaqreb şəhərində “Leyli və Məcnun” tamaşası ilə çıxış edib. Tamaşa Xorvatiyada akkreditə olunmuş diplomatik korpus və yerli mədəniyyət ictimaiyyəti tərəfindən xüsusi maraqla qarşılanıb.

https://azertag.az/xeber/1336679

https://www.instagram.com/p/B3Bf31kBgZf/

1 oktyabr 2019

Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüş “Pəncərədən düşən işıq” sənədli filminin nümayişi olub. Filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

https://azertag.az/xeber/1337280

24 sentyabr 2019

Marionet Teatrı Fransanın Şarlövil-Mezyer şəhərində keçirilən 20-ci Dünya Marionet Teatrları Festivalında böyük uğura imza atıb - ilk dəfə iştirak etməsinə baxmayaraq, adını Dünya Festivalının tarixinə yazdırıb. Teatr Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında hazırladığı marionet tamaşası ilə ziyarətçilərin, o cümlədən bura toplaşan dünya şöhrətli ekspertlərin qəlbini fəth edib.

https://azertag.az/xeber/Baki_Marionet_Teatri_adini_Sarlovil_Mezyer_Beynelxalq_Marionet_Teatrlari_Festivalinin_tarixine_yazdirdi-1333755

https://www.instagram.com/p/B2tbo9dgDGL/

8 iyul 2019

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının deleqatları 8 iyul 2019-cu il tarixində Bakı marionet teatrında olublar. Qonaqları “İçərişəhər” Baş İdarəsinin rəhbəri c-b Əsgər Ələkbərov salamladı. Sonra onlara "Leyli və Məcnun" operası göstərildi. Teatrımızın yaradıcı heyəti mövsümün yekun tamaşasını məhz bu beynəlxalq auditoriya qarşısında – dünyanın ən yüksək səviyyəli mədəniyyət ekspertlərinə təqdim etməkdən məmnun oldu. Beləliklə, teatr mövsümü başa çatdı. Yeni teatr mövsümü oktyabrın axırlarında başlayacaq. Amma o vaxta qədər tamaşaların olmaması heç də teatrın bir müddətlik bağlanması demək deyil. Teatrın heyəti 2019-cu ilin sentyabr ayında Fransanın Şarlevil-Mezyer şəhərində keçiriləcək Dünya Marionet Teatrları Festivalına hazırlaşır. Dünya Festivalından sonra komandamız Fransadan birbaşa Xorvatiyanın Zaqreb şəhərinə yollanıb "Leyli və Məcnun" tamaşasını orada da nümayiş etdirəcək. İnternet səhifəmizdə bu Avropa turundan reportajlar dərc etmək üçün əlimizdən gələni edəcəyik.

4 aprel 2019

4 aprel 2019-cu il tarixində Bakı Marionet Teatrında “YARADAN” Yaradıcılıq Birliyi tərəfindən tədbir keçirilmişdir – “Yaradan uşaqlar” layihəsi çərçivəsində ərsəyə gəlmiş “Mən həyatda olmayanda” adlı kitabın təqdimatı. Uşaqlar tədbirə gələn qonaqlarla canlı ünsiyyət quraraq, öz hiss və emosiyalarını interaktiv şəkildə və rəqs performansı vasitəsilə nümayiş etdirdilər. Yaradan uşaqların səmimi sualları, inam və azad nəfəsləri özəl ab-hava yaradaraq əsl mənada qəlblərə toxundu. 

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu