Xəbərlər
7 iyun 2018
Leyla xanım Əliyeva mürəkkəb daxili aləmə malik gənc sənətkar kimi məşhurdur. O, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi olaraq böyük səylə apardığı xeyriyyəçilik və maarifləndirmə fəaliyyəti ilə yanaşı, sənətə də vaxt ayırmağa müvəffəq olur – ələlxüsus, təsviri sənət və poeziya səhələrində yaratdığı əsərləri ilə geniş auditoriyanın rəğbətini qazanmışdır.
Leyla xanımın rəssam kimi yaratdığı yeni əsərlərdən biri (kollaj, kağız üzərində qarışıq texnika, 118x118 sm), onun öz təşəbbüsü ilə elə əvvəldən Bakı marionet teatrı üçün nəzərdə tutulmuşdu. Bu tablonun kukla-oyuncaq vizualizasiya üslubu kompozisiyanın fəlsəfi dərinliyi ilə bir birinə heyrətamiz şəkildə uyuşur, birləşirlər. Əsər 7 iyun 2018-ci il tarixində hədiyyə olaraq müəllifi tərəfindən teatra təqdim olunmuşdur.
19 may 2018
"Leyli və Məcnun" muğam operasının 110-illiyi münasibətilə (teatrımızın səhnəsində isə bu opera ikinci ildir ki, nümayiş etdirilir) mayın 19-da Bakı marionet teatrında tədbir keçirilmişdir – tamaşamız üçün fonoqramın hazırlanmasında zəhməti olan musiqiçilərlə görüş gecəsi. Görüşə toplaşan tamaşaçılarla yanaşı, tədbirdə ölkəmizin görkəmli teatrşünas və musiqişünasları da iştirak etdilər, o cümlədən İlham Rəhimli, Məryam Əlizadə, Ceyran Mahmudova, Kamilə Dadaşzadə, Raya Abbasova və başqaları.
https://azertag.az/xeber/1165953
https://news.day.az/culture/1007009.html
20 aprel 2018
Bu gün Bakı Marionet Teatrı 30-illik yubileyini qeyd edir. Teatrın təsis olunması Azərbaycan Teatr Xadimləri İttifaqı üzrə 20.04.1988-ci il tarixli 51 saylı əmrlə rəsmiləşdirilmişdir. Əmri imzalayan uzun müddət AzTXİ-yə başçılıq etmiş Lütfiyar İmanov olmuşdur, respublikada bu cür teatrı yaratmaq işinin təşəbbüskarı isə gənc rejissor və rəssam Tərlan Qorçu idi. Bu 30 il ərzində teatrın hüquqi statusu bir neçə dəfə dəyişsə də, T.Qorçu bugünə kimi onun direktoru və bədii rəhbəridir.
9 mart 2018
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Marionet Teatrında “Leyli və Məcnun” muğam operasının marionet tamaşası nümayiş olundu. Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılandı.
https://azertag.az/xeber/Uzeyir_Hacibeylinin_Leyli_ve_Mecnun_mugam_operasinin_marionet_tamasasi_numayis_etdirilib-1143495 https://525.az/site/?name=xeber&duzelis=0&news_id=95947#gsc.tab=0
1 fevral 2018
Gənclər Günü ilə bağlı tədbirlər çərçivəsində Təhsil Nazirliyi ucqar rayonlarda çalışan gənc müəllimlərlə görüş təşkil etdi. Tədbir Bakı Marionet teatrında keçirildi. “Leyli və Məcnun” tamaşasını seyr etdikdən sonra qonaqlar teatrın aynabənd mərtəbəsində toplaşdılar. Burada furşet keçirildi, gənc müəllimlərə Təhsil Nazirliyinin hədiyyə və fəxri fərmanları təqdim olundu.
https://news.day.az/society/973665.html