Xəbərlər
5 iyul 2014
Uğurla davam edən "İpək Yolu" V Beynəlxalq musiqi festivalının dördüncü günündə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında tamaşaçılara Bakı Marionet Teatrının Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa təqdim olunmuşdur.
10 fevral 2011
"İbrus" Teatrının səhnəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə "Tərlan Qorçu Marionet Teatrı" tərəfindən Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında hazırlanmış "Arşın mal alan" tamaşası göstərildi. Bu klassik əsər əcnəbi tamaşaçıların xüsusi marağına səbəb olub və böyük rəğbətlə qarşılanıb.
