Xəbərlər

4 aprel 2019

4 aprel 2019-cu il tarixində Bakı Marionet Teatrında “YARADAN” Yaradıcılıq Birliyi tərəfindən tədbir keçirilmişdir – “Yaradan uşaqlar” layihəsi çərçivəsində ərsəyə gəlmiş “Mən həyatda olmayanda” adlı kitabın təqdimatı. Uşaqlar tədbirə gələn qonaqlarla canlı ünsiyyət quraraq, öz hiss və emosiyalarını interaktiv şəkildə və rəqs performansı vasitəsilə nümayiş etdirdilər. Yaradan uşaqların səmimi sualları, inam və azad nəfəsləri özəl ab-hava yaradaraq əsl mənada qəlblərə toxundu. 

9 dekabr 2018

Bakı marionet teatrında “Leyli və Məcnun” operasının 110-illinə həsr olunmuş yubiley tədbiri keçirildi. Üzeyir Hacıbəylinin səhnə yaradıcılığı ətrafında açıq diskurs zamanı dahi bəstəkarın çoxsaylı tamaşalarından müxtəlif illərdə çəkilmiş arxiv fotoları video-nümayiş formatında təqdim olundu. Tədbirdə teatrşünas Aydın Talıblı, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, kinorejissor Adil Ələkbərov, musiqişünas Heyran Qorçu, rejissor, rəssam və kuklaçı Olqa Kirillova (Moskva), YARAT Müasir İncəsənət Məkanının əməkdaşları və b. iştirak etdilər.
Tədbir iştirakçılarına “Arşın mal alan” tamaşası göstərildi. Auditoriyada xarici qonaqların çox olduğunu nəzərə alaraq, tamaşanın aparıcısı – Nyu-Yorkda aktyorluq sənəti üzrə The Lee Strasberg Theatre & Film Institute məktəbini bitirmiş aktrisa Kəmalə İsrafilova səhnədə cərəyan edənləri ingiliscə şərh edirdi.

2 noyabr 2018

Noyabrın 2-də Vergilər Nazirliyinin sifarişi ilə, yəni ayrıca bu nazirliyin bir qrup əməkdaşı üçün, Bakı marionet teatrında “Arşın mal alan” tamaşası nümayiş etdirildi. Azərbaycanın teatr mədəniyyətinin klassik nümunəsi bu tədbir zamanı da, həmişə olduğu kimi, hər kəsə xoş əhval bəxş etdi.

10 oktyabr 2018

10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) “Dekorativ sənət və interyer” adlı konfransı keçirilir. Tədbir iştirakçıları Bakı marionet teatrında “Arşın mal alan” tamaşasını seyr etdilər. Tamaşadan sonra teatrın aynəbənd mərtəbəsində ICOM üzvləri üçün ziyafət keçirildi.

29 sentyabr 2018

Sentyabrın 29-da Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Bakı Marionet Teatrında “Urban Nomad Mixes” poeziya tamaşası nümayiş etdirilib. Tədbirdə Avstriya, Azərbaycan, Niderland, Hindistan, İran, Filippin, Sudan və Suriyadan olan şairlər iştirak ediblər.

https://azertag.az/xeber/1199446

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu