Xəbərlər
28 fevral 2023
Bu ilin növbəti Novruz çərşəmbəsi olan 28.02.2023-ci il tarixində Bakı Marionet Teatrında özəl bir tədbir keçirildi – “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi və İçərişəhərin Ağsaqqallar Şurasının üzvləri üçün “Arşın mal alan” tamaşası nümayiş etdirildi.

23 fevral 2023
23 fevral 2023-cü il tarixində Bakı Marionet Teatrında növbəti dəfə xeyriyyə tamaşası göstərildi - məxsusi olaraq "ASAN Könüllüləri" üçün Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası nümayiş etdirildi

11 fevral 2023
Fevralın 6-da səhər saatlarında (4.17-də) episentri Türkiyənin cənubunda yerləşən Kahramanmaraş bölgəsindəki Pazarcık ilçəsində Rixter cədvəli üzrə 7,8 bal gücündə dağıdıcı zəlzələ baş verdi. 9 saatdan sonra bölgədə 7,6 bal gücündə ikinci güclü zəlzələ meydana gəlmişdir və bu da ciddi dağıntılara və zədələnmiş binaların dağılmasına səbəb oldu. Zəlzələdən zərər çəkmiş Adıyaman, Kilis, Osmaniyə, Qaziantep və Malatya ilə yanaşı Şanlıurfa, Diyarbakır, Adana və Hatayda da məskunlaşan 13,5 milyon sakinlərin arasında 2 milyona yaxını suriyalı qaçqınlar da vardır.
Fikir və dualarımız zəlzələ qurbanları, onların ailələri və bütün zərər çəkənlərə yönəlmişdir. Bakı Marionet Teatrı Türkiyə və Suriyada baş vermiş zəlzələdən zərər çəkənlərə yardım və xilasetmə işlərinə dəstək məqsədilə bütün Azərbaycanın qatıldığı tədbirlərə qoşularaq, 11 fevral 2023-cü il tarixində göstərdiyi tamaşadan əldə etdiyi gəliri müvafiq yardım hesabına köçürmüşdür.

22 dekabr 2022
22 dekabr 2022-ci il tarixində Bakı Marionet Teartrında poeziya axşamı keçirildi. Tədbirdə Adilə Əfəndi, Natavan Məcidova və Marat Şəfiyev öz əsərlərini təqdim etdilər. Tədbirə toplaşanlar səslənən şeirləri və nümayiş etdirilən video-çarxları böyük maraqla qarşılayırdılar.

7 dekabr 2022
Bakı Marionet Teatrının direktoru və bədii rəhbəri Tərlan Qorçunun müasir incəsənət sahəsində yaratdığı əsərləri yenidən tamaşaçılar qarşısına çıxarılmışdır. Bu dəfə sənətkarın yeni əsərlərini YARAT Müasir incəsənət məkanı tərəfindən XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təqdim olunan METAKOD qrup sərgisində görmək olar.

