Xəbərlər

6 noyabr 2021

Zəfər günü ərəfəsində Bakı Marionet Teatrında göstərilən «Leyli və Məcnun» tamaşasında bayramın ilk ildönümü qeyd olundu. Tamaşaçıların qarşısına çıxan Heyran Qorçu (bədii rəhbərin köməkçisi) qələbə yolunda canlarından keçən şəhidləri yad edərək, ədalət naminə heç nəyi əsirgəməyən qaziləri də dərin minnətdarlıqla xatırladı. Heyran xanım Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbənin ildönümü münasibətilə hamını təbrik etdi, bütün Azərbaycan xalqının çoxdan intizarında olduğu bu şanlı qələbənin bizim teatra özəlliklə yaxın olduğunu vurğuladı, dahi sənətkar Üzeyir Hacıbəyli irsini yaşatmaq niyyətindən yaranmış teatrımızın Qarabağsız, Şuşasız heç mövcud belə olmayacağını dedi və kollektivin vaxtaşırı orada – Üzeyir bəyin boya-başa çatdığı Şuşada tamaşa vermək ümidini ifadə etdi. Həmin gün səhnəyə çıxan ifaçılar xüsusi ilham və coşqu ilə çıxış etdilər.

18 iyun 2021

Bakı Marionet Teatrında 1988-ci ildən etibarən çalışan aktyorlar Həsən Yaqubov və Hikmət Aydınoğlu milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 60-illik yubiley münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunublar.

https://azerbaijantoday.az/2021/06/01/art-of-a-second-wind/

7 iyun 2021

Dünya mədəniyyətinə ağır itki üz verdi – Gürcü xalqının böyük oğlu, məşhur rejissor, dramaturq, rəssam, heykəltəraş... sözün ən dolğun mənasında böyük bir sənətkar Rezo Gabriadze vəfat etdi.

1981-ci ildə Gabriadze məşhur Tbilisi Marionet Teatrını qurdu və bütün gələcək həyatını onunla bağladı. 1980-ci illərin ortalarında bu böyük Ustadla birbaşa peşəkar əməkdaşlıq, sənət və enerji mübadiləsi sayəsində gənc azərbaycanlı rejissor və rəssam Tərlan Qorçu Bakıda marionet teatrı yaratmaq fikrinə gəlmişdir. Odur ki, Rezo Gabriadze bizim teatrımızın da açılmasına dolayısı ilə təkan verənlərdən olmuşdur.

Rezo Gabriadze dünya kinosunun "Qəm yemə!" (1969) və "Mimino" (1977) kimi şah əsərləri də daxil olmaqla 35-dən çox filmin ssenari müəllifidir.

Gabriadze 84 yaşında Tbilisidə vəfat etdi.

Xatirən daim ürəklərdə yaşayacaq, əziz Ustad!

20 oktyabr 2020

Qarabağ Azərbaycandır! Lütfən, şəxsi profilinizdə aşağıdakı bannerlərdən istifadə etsəniz məmnun olarıq!
A1, A2, A3 ölçülü AĞ və ya QARA zəminli posterlər çap etmək üçün aşağıdakı linklərdən istifadə edin:
(Loqotipin müəllifi — Tərlan Qorçu)

Ölçüsü: A3  Zəmin rəngi: AĞ
Ölçüsü: A3  Zəmin rəngi: QARA
Ölçüsü: A2  Zəmin rəngi: AĞ
Ölçüsü: A2  Zəmin rəngi: QARA
Ölçüsü: A1  Zəmin rəngi: AĞ
Ölçüsü: A1  Zəmin rəngi: QARA

12 oktyabr 2020

90-cı illərin əvvəlində Qarabağda döyüşən yaralı əsgərlərimizə “Arşin mal alan” tamaşasını göstərəndə biz elə bilirdik ki, bu haqsızlıq uzun sürməyəcək. Tezliklə torpağlarımız qaytarılacaq, qaçqınlarımız doğma evlərinə dönəcək, hər şey əvvəlki axarına düşəcək.

Lakın by ayrılıq uzun sürdü. Torpaqlarımızın 20 faizi işğal olundu, bir milyon insan evsiz-eşiysiz qaldı, 30 ilə yaxın davam edən danışıqlar isə heç bir nəticə vermədi.

“Yetər artıq” - deyə Azərbaycan əsgəri işğalçı Ermənistan ordusunun 27 sentyabırda əl atdığı növbəti təxribata əks hücümla cavab verdi. Qulağımız səsdə, gözümüz yolda, 30 il gözlədiyimiz gün nəhayət gəlib çıxdı!

Ümidliyik! Qoluna qüvvət, Azərbaycan Əsgəri! İnşallah, sənin şücaətin sayəsində xalqımızın Şuşalı oğlu - dahi Üzeyir Hacıbəylinin yaratdığı əsərlər doğma Qarabağ torpağına dönəcək, onun musiqisi burada yenidən səslənəcək!

Qarabağ Azərbaycandır! Biz Qarabağa qayıdırıq!

P.S. 2 gün öncə Marionet Teatrının kollektivi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5 000 manat vəsait köcürüb.

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu