Xəbərlər
6 dekabr 2019
Bakıda dekabrın 6-da Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20-illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilmişdir. Azərbaycanın İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarovun dəvəti ilə TRASEKA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, eləcə də yubiley tədbirlərində iştirak edən beynəlxalq təşkilatların nümayəndələri həmin gün axşam saatlarında Bakı marionet teatrına təşrif buyurub, “Leyli və Məcnun” tamaşasını seyr edib, dahi Üzeyirin musiqisini böyük maraqla dinləyiblər.
26 noyabr 2019
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin müəllimi Xatirə Səlimovanın rəhbərlik etdiyi "İngilis dilli kölgə teatrı" adlı layihənin yekun tədbiri Marionet teatrında keçirilmişdir. Məktəblilərin ingiliscə kölgə teatrı tamaşaları səhnələşdirib nümayiş etdirdiyi bu layihənin icrası Təhsil Nazirliyinin qrant dəstəyi ilə mümkün olmuşdur.
24 oktyabr 2019
"Literaturniy Azerbaydjan" jurnalının poeziya redaksiyası teatrımızda şeir və musiqi gecəsi keçirib. Müxtəlif nəsilləri təmsil edən şairlər, bard mahnısı ustaları, eləcə də xarici qonaqların iştirakı ilə keçirilən tədbirin mövzusu belə idi: "Misralarda və həyatda qanad çalmaq möcüzəsi". Jurnalın poeziya şöbəsinə rəhbərlik edən jurnalist və şairə Alina Talıbova gecənin aparıcısı oldu.
3 oktyabr 2019
Azərbaycanın Xorvatiyadakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xorvatiya Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Marionet Teatrı Xorvatiyanın paytaxtı Zaqreb şəhərində “Leyli və Məcnun” tamaşası ilə çıxış edib. Tamaşa Xorvatiyada akkreditə olunmuş diplomatik korpus və yerli mədəniyyət ictimaiyyəti tərəfindən xüsusi maraqla qarşılanıb.
https://azertag.az/xeber/1336679
https://www.instagram.com/p/B3Bf31kBgZf/
1 oktyabr 2019
Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüş “Pəncərədən düşən işıq” sənədli filminin nümayişi olub. Filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
https://azertag.az/xeber/1337280