Xəbərlər

28 sentyabr 2018

Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Heydər Əliyev Mərkəzində açılan “Hürufilik: incəsənət və identiklik” sərgisində Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun kolleksiyasından 30-dan çox rəngkarlıq, heykəltəraşlıq və qrafika nümunələri nümayiş olunur. Burada Bakı Marionet Teatrının direktoru və bədii rəhbəri Tərlan Qorçunun da müasir xəttatlıq əsərləri təqdim olunur.

https://azertag.az/xeber/Heyder_Aliyev_Merkezinde_Nesimi___seir_senet_ve_meneviyyat_Festivali_cherchivesinde_sergiler_achilib-1199324

23 sentyabr 2018

Yazda öz otuzilliyini qeyd etmiş Bakı Marionet Teatrı sentyabrın 23-də Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində çıxış etmişdir. Rejissor T.Qorçunun quruluşunda bir çox ölkənin tamaşaçılarını valeh etmiş əfsanəvi “Arşın mal alan” həmin gün ilk dəfə Bakı Marionet Teatrının yeni binasında nümayiş etdirildi.

https://azertag.az/ru/xeber/1197385 https://news.day.az/culture/1045245.html

5 iyul 2018

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə rejissor və rəssam, dizayner və naşir, Bakı Marionet Teatrının direktoru və bədii rəhbəri Tərlan Qorçuya 05.07.2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fəxri ad – “Əməkdar incəsənət xadimi” adı verildi.

https://president.az/articles/29272 https://azertag.az/ru/xeber/Rasporyazhenie_Prezidenta_Azerbaidzhanskoi_Respubliki__O_prisvoenii_TBGorchu_pochetnogo_zvaniya_Zasluzhennyi_deyatel_iskusstv-1177329

<

7 iyun 2018

Leyla xanım Əliyeva mürəkkəb daxili aləmə malik gənc sənətkar kimi məşhurdur. O, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi olaraq böyük səylə apardığı xeyriyyəçilik və maarifləndirmə fəaliyyəti ilə yanaşı, sənətə də vaxt ayırmağa müvəffəq olur – ələlxüsus, təsviri sənət və poeziya səhələrində yaratdığı əsərləri ilə geniş auditoriyanın rəğbətini qazanmışdır.

Leyla xanımın rəssam kimi yaratdığı yeni əsərlərdən biri (kollaj, kağız üzərində qarışıq texnika, 118x118 sm), onun öz təşəbbüsü ilə elə əvvəldən Bakı marionet teatrı üçün nəzərdə tutulmuşdu. Bu tablonun kukla-oyuncaq vizualizasiya üslubu kompozisiyanın fəlsəfi dərinliyi ilə bir birinə heyrətamiz şəkildə uyuşur, birləşirlər. Əsər 7 iyun 2018-ci il tarixində hədiyyə olaraq müəllifi tərəfindən teatra təqdim olunmuşdur.

19 may 2018

"Leyli və Məcnun" muğam operasının 110-illiyi münasibətilə (teatrımızın səhnəsində isə bu opera ikinci ildir ki, nümayiş etdirilir) mayın 19-da Bakı marionet teatrında tədbir keçirilmişdir – tamaşamız üçün fonoqramın hazırlanmasında zəhməti olan musiqiçilərlə görüş gecəsi. Görüşə toplaşan tamaşaçılarla yanaşı, tədbirdə ölkəmizin görkəmli teatrşünas və musiqişünasları da iştirak etdilər, o cümlədən İlham Rəhimli, Məryam Əlizadə, Ceyran Mahmudova, Kamilə Dadaşzadə, Raya Abbasova və başqaları.

https://azertag.az/xeber/1165953

https://news.day.az/culture/1007009.html

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu