Xəbərlər

11 dekabr 2025

Dekabrın 11-də teatrımız Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş daha bir xeyriyyə tədbiri keçirdi. İcərişəhərin yaşlı və gənc sakinlərinə “Leyli və Məcnun” muğam operası təqdim edildi. Bakı Marionet Teatrının ifasında dahi bəstəkarın bu əsəri hər kəsə unudulmaz anlar yaşatdı. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri cənab Rüfət Mahmud tədbirdə iştirak etdi.

https://www.instagram.com/icherisheher_living_history/p/DSRi5xIDFpi/?hl=en

8 dekabr 2025

Dekabrın 8-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlığı Təşkilatı (İƏT) tərəfindən Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil edilən "Bakı Yaradıcılıq Həftəsi – 2025" mədəniyyət festivalının rəsmi açılışı oldu. Tədbirdə iştirak edən 40-dan artıq ölkələni təmsil edən qonaqlar və mədəniyyət nazirləri festival çərçivəsində qurulmuş sərgini ziyarət etdilər. Sərgidə Bakı Marionet Teatrı da öz işini təqdim etmişdi.

https://news.day.az/culture/1800797.html

2 noyabr 2025

FLY TO BAKU / 31 OKTYABR — 02 NOYABR Bu festival çərçivəsində Bakı mühüm bir mədəni təşəbbüsün səhnəsinə çevrildi. Muzeylər və saraylar, şəhər küçələri və mədəniyyət ocaqları, o cümlədən Bakı Marionet Teatrı, Azərbaycan yaradıcılıq ruhunu beynəlxalq incəsənət dünyası ilə birləşdirən sərgi, performans, konsert, tamaşa və görüşlərə ev sahibliyi etdi.

23 oktyabr 2025

Bakı Marionet Teatrında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin iştirakı ilə dahi Azərbaycan bəstəkarı və dramaturqu Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirildi. Oktyabrın 23-də 1 saylı Uşaq evi Xidmət müəssisəsinin uşaqları ilə 2 saylı əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarlarına xeyriyyə tamaşası göstərildi. Sevimli qonaqlarımıza Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş etdirildi..

18 sentyabr 2025

Bakı Marionet Teatrı olaraq biz bütün Azərbaycan xalqı ilə birlikdə 2025-ci il sentyabrın 18-i mədəniyyətimizin görkəmli siması, dahi bəstəkar və dramaturq Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyini qeyd edirik. Onun “Arşın mal alan” musiqili komediyası və “Leyli və Məcnun” muğam operası uzun illərdir ki, teatrımızın səhnəsində yeni quruluşda təqdim olunur. Xalqımızın böyük sərvəti olan bu irsi davam etdirməkdən şərəf duyuruq! Və hər dəfə tamaşaçı qarşısına çıxanda bu şərəfli işin həm məsuliyyətini, həm də sevincini hiss edirik. Bu önəmli gün ölməz bəstəkarın xatirəsini yad etmək ücün Fəxri Xiyabanı ziyarət edib Üzeyir Hacıbəylinin məzarını cicək dəstəsi ilə bəzədik. Ruhun şad olsun, Üzeyir bəy!

https://president.az/az/articles/view/68077/

https://qaynarinfo.az/az/bu-gun-azerbaycanda-milli-musiqi-gunudur

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu