Teatrın tarixi

1980-ci illərin ortalarında gənc rejissor və rəssam Tərlan Qorçu Bakıda marionet teatrı yaratmaq ideyasını həyata keçirməyə başladı. Teatr 1988-ci il aprelin 20-də rəsmən təsis olunaraq Azərbaycan Teatr Xadimləri İttifaqı nəzdində fəaliyyət göstərməyə başladı.

Teatrın ilk tamaşası Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının marionet quruluşu oldu. Onun premyerası 1990-cu ildə Fransada baş tutdu. Fransa mətbuatı coşqunluqla yazırdı: “Marionetlər hər şeyə qadirdir!”, “Ləzzətin daha iki axşamı!”. Odur ki, və tamaşaçıların istəyini nəzərə alaraq, “Arşın mal alan”ın əlavə nümayişləri keçirildi...

1993-cü ildə Marionet teatrı Bakı bələdiyyəsinin nəzdinə keçirildi, 2013-cü ildən isə “İşərişəhər” Baş İdarəsinin strukturuna daxil edildi. Daha əlverişli şəraitdə teatrın komandası öz səylərini “Leyli və Məcnun” tamaşasının quruluşuna yönəldə bilmişdi, 2016-cı ildə isə Marionet teatrının tarixində ilk dəfə truppaya artıq öz səhnəsində çıxış etmək imkanı verildi.

Teatrın məramı Üzeyir Hacıbəylinin yaradıcı irsini təbliğ etməkdən ibarətdir. Teatrın bədii rəhbəri Tərlan Qorçudur.

Əlavə məlumat: http://baku-media.ru/files/pdf/92/index.html#/88/http://regionplus.az/ru/articles/view/4033




Bakı marionet teatrı Şarlevildə (Fransa) keçirilən Ümumdünya festivalda və Zaqrebdə (Xorvatiya), 2019

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu