Üzeyir Hacıbəyli
Üzeyir Hacıbəyli Azərbaycan və yaxın Şərqdə opera janrının yaradıcısıdır. Kantata-oratoriya musiqisi, xalq çalğı alətləri orkestrləri üçün bir sıra əsərlər yaradan bəstəkar həm də ictimai xadim və mütəfəkkir, dramaturq və alim, folklorçu və pedaqoq kimi Azərbaycan mədəniyyətinin inkişafında müstəsna yer tutur.
Üzeyir-bəyin opera və operettalardan ibarət teatr irsi qiymətsizdir. Bəstəkarın “Leyli və Məcnun” operası ilk dəfə 1908-ci ilin əvvəllərində Bakı dram teatrının səhnəsində nümayiş etdirildi. Daha sonra bəstəkar bir sıra opera yazmışdır: “Şeyx Sənan” (1909), “Rüstəm və Zöhrab” (1910), “Şah Abbas və Xurşid Banu” (1911), “Əsli və Kərəm” (1912), “Hərun və Leyla” (səhnə üzünü görmədir). Elə həmin illərdə Üzeyir-bəy musiqili komediyalar da yaratmışdır: “Ər və Arvad (1909), “ O olmasın bu olsun” (1910). 1913-cü ildə bəstəkar “Arşın mal alan” adlı ən məşhur operettasını tamamlayıb səhnələşdirdi. Digər musiqili komediyalarında olduğu kimi, “Arşın mal alan”ın da librettosu bəstəkarın özü tərəfindən yazılıb.
1937-ci ildə Üzeyir bəy “Koroğlu” operasını yazmışdır.
Dahi bəstəkar ömrünün son illəri “Füruzə” operası üzərində çalışırdı, amma bu əsəri başa çatdırmaq ona nəsib olmadı. Geniş auditoriyaya məlum olan təkcə Füruzənin ariyasıdır.
Əlavə məlumat: http://uzeyirbook.musigi-dunya.az/index_ru.htmlhttp://ru.sputnik.az/event/20150918/402084917.html