Tərlan Qorçu

Tərlan Qorçu Bakıda anadan olub. Bakı, Moskva, Tiflis və Varşavada yaradıcılıq hazırlığını keçib, peşə təcrübəsini qazanmışdır. Ali təhsilli teatr rejissoru və rəssamdır, Bakıda marionet teatrı yaratmağa müvəffəq olub, teatrın ilk günündən indiyə kimi ona rəhbərlik edir. Əsas fəaliyyəti ilə yanaşı, həm də klassik və müasir şərq xəttatlığı ustasıdır, dizayn rəssamı kimi müasir incəsənət sahəsində çalışır, uşaq kitabları və bədii albomlar üzrə naşir-dizayner kimi məşhurdur (TUTU nəşriyyatına rəhbərlik edir) – bütün bu sahələrdə qazandığı nailiyyətlər və ərsəyə gətirdiyi əsərləri ilə incəsənət aləmində beynəlxalq miqyasda ad qazanmışdır.

Tərlan Qorçu Azərbaycan Rəssamlar İttifaqının, eləcə də Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Müntəzəm surətdə respublika və beynəlxalq sərgilərə dəvət olunur – həm iştirakçı, həm də təşkilat komitəsinin üzvü qismində. Bakı, Varşava, Paris, Vilnüs, Moskva, Bazel, Berlin, Tiflis, London, Venesiya kimi şəhərlərdə çoxsaylı dizayn layihələri və instalyasiyalarını uğurla gerçəkləşdirmişdir.

Əlavə məlumat: http://baku-media.ru/ru/versions/indexhttp://www.contact.az/docs/2015/Culture/060600118425ru.htm#.V10HL7t97IU http://epccongress.eu/ru/bio/

Tərlan Qorçu və rəssam Altay Sadıxzadə

Dizayner: Tərlan Qorçu

Fotoqraflar: Eva Əbilova, Tərlan Qorçu, Vladimir German, Andrey Kovalyov, Anatoliy Xmelevskiy, Hikmət Aydınoğlu